Tramp: İranın yeni rəhbərliyi atəşkəs istəyir

1 Aprel 2026 18:05 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin atəşkəs tələb etdiyini, lakin hər hansı bir qərarın Hörmüz boğazının yenidən açılmasından asılı olacağını bildirib.

Tramp Truth Social-da bildirib ki, “İranın yeni rejiminin rəhbəri ABŞ-dən atəşkəs istəyib! Hörmüz boğazının nə vaxt açıq, sərbəst və şəffaf olacağını nəzərdən keçirəcəyik”.

“O vaxta qədər biz İranı unudulmağa doğru aparırıq... Daş dövrünə”, - deyə o əlavə edib.

Mövsüm,

AzNews.az