İranın sabiq xarici işlər nazirinin evi raketlə vuruldu - SON DƏQİQƏ

2 Aprel 2026 00:33 (UTC+04:00)

İran Strateji Xarici Əlaqələr Şurasının sədri Kamal Xərrəzinin ABŞ və İsrail hücumları nəticəsində ağır yaralandığı bildirilir.

İran mediasının məlumatına görə, ABŞ və İsrail tərəfindən Xərrəzinin Tehrandakı evinə hücum edilib.

Məlumata əsasən, o, ağır yaralanaraq xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. Həyat yoldaşının isə hücum zamanı həyatını itirdiyi qeyd olunur.

Xərrəzi bundan əvvəl İranın əvvəlki lideri Əli Xameneinin baş müşaviri vəzifəsində çalışıb.

Hazırkı ölkə lideri Müctəba Xamenei isə Əli Xamenei dövründə vəzifə tutan bütün şəxslərin öz postlarında qalmasını istəyib.

Xərrəzi həmçinin İranın xarici işlər naziri vəzifəsini də icra edib.

AzNews.az