Şotland baronunun qızı fahişəlik edir - FOTO

20 Sentyabr 2013 08:14 (UTC+04:00)
Şotlandiyanın ən qədim və varlı ailələrindən birinin 37 yaşlı qızı, iki uşaq anası Şarlotta Kolxun fahişəliklə məşğuldur.


Ən nüfuzlu məktəblərdə təhsil almış Şarlotta bu öz xidmətini sosial şəbəkədə təklif edir. Şotland baronu Malkolma Armstronq böyük qızı özünü reklam edərkən ailə nüfuzundan istifadə edir. O, öz facebook səhifəsində ailə gerbinin, atasının, bitirdiyi nüfuzlu məktəblərin diplomlarını və doğum haqqında şəhadətnaməsinin fotoşəklini yerləşdirib.

Şarlottanın atası ser Malkom qızının bu fəaliyyətindən xəbər tutduqda təəssüfünü bildirərək belə deyib: "Sözsüz ki, onun özünün özü üçün yaratdığı çoxlu problemləri var. Mən bundan artıq heç nə deyə bilmərəm."(anspress)

AzNews.az