Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

2 Aprel 2026 11:00 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü başlayıb.

Aznews.az xəbər verir ki, görüş rəsmi Bakının ev sahibliyi ilə keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov iştirak edir.

Tədbirdə Baş nazir Əli Əsədov digər ölkələrdən olan həmkarlarını salamlayıb və ailə fotosu çəkdirilib.