Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi

2 Aprel 2026 12:55 (UTC+04:00)

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Aznews.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları - 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.