Luçesku Rumıniya millisinin baş məşqçisi postundan uzaqlaşdırılıb

2 Aprel 2026 16:21 (UTC+04:00)

Rumıniya millisi baş məşqçisi Mirça Luçesku ilə yollarını ayırıb.

Aznews.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Xatırladaq ki, 80 yaşlı çalışdırıcının rəhbərliyi altında Rumıniya yığması Türkiyəyə məğlub olaraq (1:0) dünya çempionatına vəsiqəni əldən vermişdi.