ABŞ sakini ilanlarla birgə yaşayır

20 Sentyabr 2013 08:27 (UTC+04:00)
Nyu-York ştatının sakininin evində 850 ədəd ilan tapılıb.


Şirli şəhərində yaşayan Riçard Parrinello ilanları evinin zirzəmisində saxlayırmış. O həmçinin sürünənlərin qeyri-qanuni ticarəti ilə məşğul olurdu. Onun saxladığı ilanlar arasında Birma pitonu (qara pələng) da var idi ki, bu ilanın da Nyu-York ştatında fiziki şəxslər tərəfindən saxlanılması qadağandır.

Hüquq mühafizə orqanlarının əməkdaşları ilanları gizli istintaq zamanı aşkar ediblər. O xəstəliyi ilə bağlı məzuniyyət götürmək istəyəndə ondan şübhələniblər.

Polisin hesablamalarına görə, evdə saxlanılan heyvanların qiyməti yarım milyon dollardır.

Qeyd edək ki, onun saxladığı Birma pitonunun uzunluğu bir neçə metrdir. Bu ilin avqust ayında həmin ilan Kanadanın Kempbellton şəhərində iki uşağı boğub.(milli.az)

AzNews.az