Aeroport yolunda avtoqəza; yaralılar var

20 Sentyabr 2013 08:38 (UTC+04:00)
Aeroport yolunda ağır yol qəzası baş verib.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.00 radələrində qeydə alınıb.

İki "Mercedes" markalı maşın "BMW" markalı avtomobillə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

AzNews.az