İsrail ordusu cümə axşamı bildirib ki, son əməliyyat zamanı İranın qərbində yerləşən “yer-yerə” raket bölməsinin komandiri Mokarram Azimi öldürülüb.
Açıqlamada qeyd olunub ki, Azimi İsrailə doğru bir neçə raket buraxılışına rəhbərlik edib.
Bildirilib ki, eyni raket komandanlığına bağlı üç batalyon komandiri də zərbə nəticəsində öldürülüb. Onlar İsrail ərazisinə yönəldilən raket hücumlarının idarə olunmasında iştirak edən şəxslər kimi xarakterizə edilib.
“İsrailə raket atan hər kəsi – buraxılış qurğularını, raketləri və şəxsi heyəti izləməyə davam edəcəyik,” – deyə açıqlamada vurğulanıb.
Mövsüm,
AzNews.az