Filippin hökuməti İranla apardığı diplomatik danışıqlardan sonra Hürmüz boğazından keçən tanker və gəmilərin təhlükəsizliyinə dair təminat əldə edib.
Filippinin xarici işlər naziri və enerji rəsmiləri Manilada İranın səfiri ilə görüşdə enerji marşrutlarının təhlükəsizliyinin vacibliyini vurğulayıb və tanker gəmilərinin təhlükəsiz keçidi üçün zəmanət tələb ediblər.
Məlumata görə, İran tərəfi Filippin bayrağı altında üzən gəmilərin, enerji yüklərinin və filippinli dənizçilərin boğazdan təhlükəsiz və maneəsiz keçidinə təminat verib.
Bu razılaşma Filippin üçün xüsusi əhəmiyyət daşıyır, çünki ölkə enerji ehtiyacının böyük hissəsini Yaxın Şərqdən idxal edir və Hürmüz boğazı bu tədarük üçün əsas marşrut hesab olunur.
Razılaşma həmçinin regionda artan gərginlik fonunda enerji təhlükəsizliyini qorumağa yönəlmiş mühüm diplomatik addım kimi qiymətləndirilir.
Mövsüm,
AzNews.az