Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq davam edir.
Bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.
Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış Jandarma Kriminal hesabatında təyyarədə hər hansı kənar müdaxilə və ya partlayıcı izinə rast gəlinmədiyi bildirilib.
Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak olub.
AzNews.az