Küveytin Əhmədi limanı yaxınlığındakı neft emalı zavoduna dron hücumu nəticəsində zavodda yanğın baş verib.
Bu barədə dövlətə məxsus Küveyt Neft Korporasiyası məlumat verib.
Korporasiya KUNA xəbər agentliyinə bildirib ki, "Biz neft emalı zavodunun ətrafındakı ərazilərdə hava keyfiyyətini izləmək üçün Ətraf Mühitin Mühafizəsi Agentliyi ilə əlaqələndirməyə davam edirik. Hazırda hücumdan sonra ətraf mühitə heç bir mənfi təsir qeydə alınmayıb".
Mövsüm,
AzNews.az