Dünyanın ən yaxşı işəgötürən şirkəti- "Google"

20 Sentyabr 2013 09:30 (UTC+04:00)
Ali məktəb məzunları üçün dünyanın ən yaxşı işəgötürəni "Google" şirkəti hesab edilir. Bu barədə "Universum" şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub. "Google" həm iş, həm də mühəndis kateqoriyasında qalib seçilib.

Bizneslə bağlı ixtisaslar üzrə təhsil alan məzunları cəlb edən üçlüyə "EY" auditoru (keçmiş Ernst & Young) və "Goldman Sachs" investisiya bank daxildir. Mühəndis ixtisası üzrə ali məktəbi başa vuran məzunlar arasında ikinci və üçüncü yeri müvafiq olaraq "Microsoft" və "IBM" korporasiyaları tutur.

"Universum"un tədqiqatı ABŞ, Çin, Yaponiya, Almaniya, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Hindistan, Kanada və Avstraliya daxil olmaqla dünyanın iqtisadi baxımdan 12 nəhəng ölkəsinin tələbələri arasında aparılan sorğu əsasında keçirilib. Şirkət 200 minə yaxın tələbənin rəyini öyrənib.(ictnews.az)

AzNews.az