Amerikalıların əksəriyyəti İrandakı müharibənin onların maliyyə vəziyyətinə mənfi təsir edəcəyini və ABŞ hərbçilərinin həyatı üçün narahatlıq doğuracağını hesab edir.
Aznews.az xəbər verir ki, bu, "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Məlumata görə, respondentlərin 56 %-i öz iqtisadi vəziyyətinin pisləşəcəyini gözləyir və yalnız 7 %-i əks fikirdədir. Bununla belə, sorğu iştirakçılarının 12 %-i hesab edir ki, münaqişə onların maliyyəsinə təsir etməyəcək, 25 %-i isə cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, respondentlərin 52 %-i müharibənin Yaxın Şərqdəki vəziyyətə mənfi təsir edəcəyinə əmindir, 49 %-i isə bunun İranda həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracağını düşünür.
Bununla yanaşı, sorğu iştirakçılarının 86 %-i ABŞ hərbçilərinin həyatı üçün yaranan təhlükədən narahatlığını ifadə edib, 12 % bunu narahatlıq üçün səbəb hesab etmir, daha 3 % isə qərarsızdır.