İran İslamabaddan imtina etdi

3 Aprel 2026 23:34 (UTC+04:00)

ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə danışıqlar təşkil olunması iflasa uğrayıb.

AzNews.az xəbər verir ki, İran ABŞ-ın tələblərinin qəbuledilməz olduğunu və Tehranın yaxın zamanda İslamabadda ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini bildirib.

WSJ-nin vasitəçilərə istinadən verdiyi məlumata görə, vasitəçilər Türkiyə və Misirin hələ də ortaq bir yol tapmağa çalışdıqlarını və Qətərin Doha və ya İstanbulda yeni təkliflərlə iki tərəfi bir araya gətirməyə çalışdıqlarını bildiriblər.

AzNews.az