Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.
Aznews.az xəbər verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.
Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.
Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb