Putin məlumatlandırıldı: ruslar İrandakı atom stansiyasını tərk edir - AKTUAL

4 Aprel 2026 18:25 (UTC+04:00)

Rusiyanın dövlət nüvə enerji şirkəti Rosatom İrandakı Buşehr Atom Elektrik Stansiyasından işçilərin təxliyəsinə başlayıb.

Rusiya mediası təxminən 200 işçinin təxliyə edildiyini bildirib.

TASS-ın məlumatına görə, Rosatom-un baş direktoru Aleksey Lixaçev bildirib ki, təxliyənin "əsas dalğası" bu gün başlayıb və artıq 198 işçi İrandan çıxıb.

Şirkət müharibənin başlanğıcından bəri mərhələli təxliyələr həyata keçirir və bu son addım əvvəlcədən planlaşdırılmış prosesin bir hissəsidir.

İran mediası səhər tezdən Buşehr Atom Elektrik Stansiyasına edilən hücumda bir mühafizəçinin həlak olduğunu bildirib.

Hücum nəticəsində stansiyanın yaxınlığındakı bir binaya ziyan dəydiyi bildirilir.

Rəsmilər bildiriblər ki, müharibənin başlanğıcından bəri obyektin ətrafındakı ərazinin hədəfə alınmasının dördüncü dəfədir.

Rosatom rəhbərliyinin Rusiya prezidenti Vladimir Putini hadisələr barədə məlumatlandırdığı bildirilir.

AzNews.az