İran trollarının alayına cavab

4 Aprel 2026 19:49 (UTC+04:00)

Britaniyanın “The Telegraph” nəşri maraqlı başlıq qoyub.

Oxucularına "İran troll müharibəsində qalib gəlirmi" sualı ilə müraciət edib.

Bu suala cavab olaraq İran trollarının ən çox istifadə etdiyi 7 tezisi mən də öz adımdan AzNews.az oxucularına təqdim edirəm:

- ABŞ-ni müharibəyə İsrail cəlb etdi;
- ABŞ-nin hərbi əməliyyat planı yoxdur;
- Tramp dalana dirənib;
- Ağ ev vəziyyətdən çıxmaq üçün "şərəfli sülh" yolları arayır;
- "Epşteynçilər" İrana əsla qalib gələ bilməz;
- Sionist rejim və qatil Netanyahu İranın gücünü görür;
- ABŞ və İsrailə İran xalqı rejimin ətrafında birləşməklə cavab verir.

Bu troll idialarını sistemləşdirəndə görürük ki:

Odur ki, Azərbaycanda bu 7 tezisin hər hansı birini ictimai rəyə daxil edənləri görəndə bilin ki, o, öz sözünü danışmır.

İndi isə gəlin bu tezisləri birlikdə sorğulayaq.

1. “ABŞ-ni müharibəyə İsrail cəlb etdi”

Narrativ: ABŞ özü istəmir, İsrail onu sürükləyir

Cavab:

ABŞ kimi qlobal gücün müharibəyə “məcbur edilməsi” tezisi ciddi və doğru deyil.Vaşinqtonun hərbi qərarları kəşfiyyat məlumatları və çoxtərəfli analitik müzakirələrdə

kimi faktorlarla müəyyən olunur.

Nəticə: İsrail ABŞ-nin savaşla bağlı qərarına təsir edə bilər, amma Təl-Əviv ABŞ-ni idarə edən aktor deyil.

2. “ABŞ-nin hərbi əməliyyat planı yoxdur”

Narrativ: Spontanlıq və plansızlıq
Cavab: ABŞ ordusu (United States Department of Defense) dünyada ən planlı hərbi sistemdir.

Nəticə: ABŞüçün plansızlıq yox, əksinə çoxvariantlı planlama mövcuddur.

3. “Tramp dalana dirənib”
Narrativ:
Lider zəifdir, qərarsızdır, ziddiyətlidir.
Cavab: Donald Trump üçün xarakterik model “eskalasiya + sövdələşmə”dir.

Bu isə, dalana dirənmək yox:

Nəticə: Trampın gedişləri zəiflik yox, qərarlılıq göstəriciləridir.

4. “Ağ ev ‘şərəfli sülh’ axtarır”

Narrativ: ABŞ geri çəkilmək istəyir
Cavab: ABŞ nəinki geri çəkilmək, İranı öz nüfuz dairəsinə qatmaq istəyir.

Bu məqsədlə

Nəticə: Bu tezis manipulyasiyadır.

5. “‘Epşteynçilər’ İrana qalib gələ bilməz”

Narrativ: konspirasiya və demonizasiya
Cavab: ABŞ-İran qarşıdurmasını Epişteyn olaylarına bağlamaq sadəcə olaraq tarixdən bixəbərlikdir. Kifayət qədər ciddi bir geopolitik prosesi konspiroloji diskursa calamaq rasional düşüncəyə ziddir.

Cefri Epşteyn adı üzərindən:

Nəticə: Savaşla bağlı belə bir arqument əslində yoxdur, bu, emosional manipulyasiyadır.

6. “Sionist rejim və Netanyahu İranın gücünü görür”

Narrativ: Problemi dini plana çəkmək.
Cavab: Əvvəla, Benjamin Netanyahu rəhbərliyində İsrail İrana preventiv zərbə strategiyası tətbiq edir və çox yüksək texnoloji üstünlüyə malikdir.

İkincisi, “Sionizm”, Böyük İsrail qurmaq planı” kimi ibarələrlə İranın bölgə və dünya üçün yaratdığı təhdidləri gizlətmək mümkün deyil.
Nəticə: Hazırkı savaş dinlər arası qarşıdurma yox, real geopolitik ziddiyyətlərə əsaslanır.

7. “İran xalqı rejimin ətrafında birləşdi”

Narrativ: milli birlik, legitimlik
Cavab: Müəyyən qrupların qısa müddət üçün bayraq altında birləşməsi istisna oluna bilməz. Lakin İranda

• iqtisadi böhran
• sosial narazılıq
• etnik və siyasi gərginlik elə səviyyədədir ki, ABŞ və İsrailə “xilaskar” kimi baxanlar da kifayət qədərdir.

Nəticə: Bu iddia heç bir strateji əhəmiyyətə malik deyil.

Bəli, müharibə yalnız ABŞ-İsrail- İran cəbhəsində getmir. Bu savaşda əsas hədəflər həm də informasya məkanları, ictimai şüur müstəviləridir. İran trollarının yaydığı tezislər, əlbəttə, savaşdakı reallığı dəyişmir və dəyişməyəcək. Lakin nəhəng bir geosiyasi prosesi manipulyasiya etməklə Azərbaycan üçün də olduqca əhəmiyyətli ssenarilərin qarşısını almağa çalışırlar. Odur ki, məsələyə Azərbaycanlı mövqeyi ilə yanaşmaq ən doğrusudur.

Başlıca sualımız bu olmalıdır: Savaşın gerçək gedişatı və mümkün nəticələri Azərbaycana nə vəd edir?

Birini deyim: Məğlubiyyətə məhkum İranın troll şəbəkəsinin Azərbaycan ictimai rəyinə təsir imkanları minimum enəcək. Bu, informasiya məkanında Azərbaycan üçün mühüm uduşdur.

Taleh ŞAHSUVARLI