ABŞ-nin istifadə etdiyi Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin Leykenhit bazası yaxınlığında İranda müharibəyə etirazlar zamanı iki nəfər həbs olunub.
Aznews.az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.
Nəşr 100-dən çox insanın aviabazanın əsas qapısının yaxınlığında düşərgə qurduğunu bildirib. Onlardan ikisi magistral yolu bağladığına və nəqliyyatın hərəkətinə mane olduğuna görə saxlanılıb.
Məqalədə bildirilir ki, etirazçılar Leykenhit bazasının komandirlərinə ABŞ Ordusunun Britaniya aviabazalarından istifadəsinə qarşı olduqlarını bildirən və Hərbi Hava Qüvvələrinin beynəlxalq hüquqa hörmətsizliyini pisləyən məktub təqdim ediblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.