Yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq

5 Aprel 2026 13:44 (UTC+04:00)

Gəncədə keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq.

Aznews.az xəbər verir ki, ikinci gündə daha səkkiz çəkidə mükafatçılar bəlli olacaq.

Oğlanlar 73 kq, 81 kq, 90 kq, +90 kq, qızlar 57 kq, 63 kq, 70 kq, +70 kq-da mübarizə aparacaqlar.

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal əldə ediblər.