Cənubi Koreyanın maliyyə naziri Ku Yun Çhol Hörmüz boğazı yaxınlığında enerji təhlükəsizliyini və Koreya gəmilərinin təhlükəsizliyini gücləndirmək üçün Körfəz ölkələrindən olan səfirlərlə görüşüb.
Aznews.az xəbər verir ki, nazirlik bu barədə çıqlama yayıb.
Görüş zamanı Ku Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) səfirlərindən neft, mayeləşdirilmiş təbii qaz, karbamid və digər vacib resursların fasiləsiz təchizatını, eləcə də bu mühüm boğaz yaxınlığında Koreya gəmilərinin və heyətlərinin təhlükəsizliyini təmin etmələrini istəyib.
Bəyanatda əlavə olunub ki, səfirlər Cənubi Koreyanın "əsas prioritet" olduğunu bildiriblər və sabit təchizatı təmin etmək üçün Seulla sıx əlaqə saxlamağa söz veriblər.