ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv döyüş əməliyyatları ərzində 42,1 milyard dollar həddini aşıb.
Aznews.az xəbər verir ki, bu, "Iran War Cost Tracker" portalının məlumatlarından aydın olur.
Real vaxt rejimində fəaliyyət göstərən resursun sayğacı Pentaqonun ABŞ Konqresi üçün martın 10-da keçirilmiş brifinqindəki məlumatlara əsaslanır. Bu brifinq zamanı bildirilmişdi ki, Yaxın Şərqdə döyüş əməliyyatlarının aparıldığı ilk altı sutka ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib, gələcəkdə isə münaqişənin hər növbəti günü üçün təxminən 1 milyard dollar xərcləmək planlaşdırılır.
Bununla yanaşı, qeyd olunub ki, göstərilən məbləğə qoşunların yerdəyişməsi və hərbi texnikanın bərpası daxil olmaqla, ayrı-ayrı xərc maddələri daxil olmaya bilər. Bununla əlaqədar real xərclər xeyli yüksək ola bilər.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.