ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama

6 Aprel 2026 10:01 (UTC+04:00)

Qeyri-sabit hava şəraitinə baxmayaraq, ölkə ərazisində qatarların hərəkəti davam etdirilir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir.

“Bununla belə, təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi sahələrdə sürət həddinin endirilməs tətbiq olunur. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları mümkündür”.

Qeyd edək ki, Xırdalandan Bakı istiqamətində hərəkət edən qatarlarda gecikmə müşahidə olunur.

Bu barədə sərnişinlər məlumat veriblər.

Bildirilib ki, qatar 15 dəqiqədən artıqdır gecikir.

Aznews.az