İran Pakistanın dərhal atəşkəs çağırışı ilə bağlı təklifini nəzərdən keçirir, lakin “müvəqqəti atəşkəs” variantını qəbul etmir.
Bu barədə yüksək rütbəli iranlı rəsmi “Reuters” agentliyinə açıqlamasında bildirib.
Rəsmiyə görə, Tehran qısa müddətli razılaşma müqabilində Hürmüz boğazını yenidən açmağa razı deyil və hesab edir ki, Vaşinqton hələlik daimi atəşkəsə hazır deyil.
O, həmçinin vurğulayıb ki, İran hər hansı qərarı vaxt məhdudiyyəti və ya təzyiq altında qəbul etməyəcək.
Mövsüm,
AzNews.az