İranın Kabildəki səfirliyi bildirib ki, ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda dəstək göstərmək istəyən Əfqanıstan vətəndaşlarının müraciətlərinə cavab olaraq maliyyə ianələrini qəbul etməyə hazırdır.
Açıqlamada qeyd olunub ki, bu addım əfqanların dəfələrlə edilən müraciətlərindən sonra atılıb və onların İrana dəstək nümayiş etdirmək istəyi ilə bağlıdır.
Bu açıqlama eyni zamanda İranda müxtəlif xarici silahlı qrupların mövcudluğu ilə bağlı müzakirələrin artdığı bir vaxta təsadüf edir. Xüsusilə, İranla sıx əlaqələri olan Əfqan şiə silahlı dəstəsi “Fatemiyun”, eləcə də “Zeynəbiyun” və İraqın “Xalq Səfərbərlik Qüvvələri”nin (Haşdi Şabi) ölkə daxilində olduğu iddiaları diqqət çəkir.
Son günlər İran dövlət mediasında yayımlanan görüntülərdə bu qrupların İranda olduğu ehtimal edilən kadrlar yer alıb. Bu isə sosial şəbəkələrdə onların rolu və ölkədə nə məqsədlə yerləşdirildiyi ilə bağlı suallar doğurub.
Mövsüm,
AzNews.az