Sabaha olan hava proqnozu

20 Sentyabr 2013 11:01 (UTC+04:00)
Sentyabrın 21-i axşam saatlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə düşəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, sabah gün ərzində Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.

Sentyabrın 21-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə18-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava sentyabrın 21-də əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

AzNews.az