Rusiyada xərçəng peyvəndi rəsmi olaraq icbari tibbi sığorta sisteminə daxil edilib.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya Hökumətinin sədri Mixail Mişustin tapşırıq verib.
Peyvəndin hər kəs üçün pulsuz olacağı bildirilib.
Qeyd edək ki, xərçəng əleyhinə peyvənd hər bir insanın RNT-si (Ribonuklein turşusu-bütün canlı hüceyrələrdə olan və zülal sintezində (genetik məlumatın daşınması və tərcümə olunması) əsas rol oynayan bir zəncirli nuklein turşusu-red.) üçün xüsusi olaraq yaradılır. Həkimlər əvvəlcə xəstənin şiş hüceyrələrini götürür və bir neçə saat ərzində onların əsasında peyvənd hazırlayırlar.
Aznews.az