ATƏT-in Bakı Ofisi seçki öncəsi vəziyyəti dəyərləndirdi

20 Sentyabr 2013 11:10 (UTC+04:00)
"Prezidentliyə namizədlərin müraciətlərinin qəbulu, dəyərləndirilməsi və təsdiqi şəffaf şəkildə həyata keçirildi"


APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib.

Onun sözlərinə görə, iki namizədin müraciəti ilə bağlı problemlər olsa da, onlara hüquq çərçivəsində baxılacaq.

K. Tarqay əlavə edib ki, təmsil etdiyi təşkilat rayonlarda da çox iş görüb, görüşlər keçirib: "Eyni zamanda 125 Dairə Seçki Komissiyasının sədrləri ilə danışıqlarımız olub. Ümidim odur ki, Azərbaycancanda keçiriləcək seçkilər dünya üçün də örnək olacaq".

Hazırkı seçki şəraitini dəyərləndirən K. Tarqay bildirib ki, ölkədə seçki kampaniyası üçün hər cür imkan yaradılıb, namizədlərin mitinq keçirtməsi üçün yerlər də ayrılıb.

AzNews.az