Bu gün Lerikin bəzi ərazilərində elektrik enerjisi olmayacaq.
"Azərişıq"dan Aznews.az-a verilən məlumata görə, aprelin 7-də Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.