Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı martda 2 dəfə artıb

7 Aprel 2026 11:51 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında dövlət qurumlarının 228 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.

Təkcə martda isə 59 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 97 % və yaxud təxminən 2 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.