Tehranda güclü partlayış səsləri eşidilib

7 Aprel 2026 13:17 (UTC+04:00)

İranın paytaxtı Tehran şəhərində güclü partlayış səsləri eşidilib.

Aznews.az xəbər verir ki, partlayış səsləri Tehranın bir çox yerində – şəhərin cənubunda, mərkəzində və qərbində eşidilib.

ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin Tehranda genişmiqyaslı hava əməliyyatı keçirdiyi bildirilir.

Tehranın bəzi yerlərində Hava Hücumundan Müdafiə sistemləri aktivləşib.