ABŞ/İsrail-İran müharibəsi 38-ci gününə qədəm qoyur...
ABŞ və İran arasında danışıqlar müharibənin gedişatını dəyişdirə biləcək kritik bir mərhələyə çatıb.
Tramp son müddəti uzadıb
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana verdiyi müddəti uzadıb.
Tramp çərşənbə günü İrana Bakı vaxtı ilə səhər saat 4:00-a qədər vaxt verdiyini açıqladı.
Tramp bildirib ki, Hörmüz boğazı bağlı qalacağı təqdirdə İran "dağıdıcı nəticələrlə" üzləşəcək .
Bu proses davam edərkən, İran Prezidenti Məsud Pezeşkian sosial mediada paylaşdığı mesajda müharibədə iştirak etmək istəyən könüllüləri toplamağı hədəfləyən "Cənfəda" kampaniyasına indiyə qədər 14 milyondan çox iranlının qeydiyyatdan keçdiyini açıqlayıb.
"HƏYATIMI FƏDA ETMƏYƏ HAZIRAM."
Pezeşkian mesajında qeyd edib:
"Bu günə qədər 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı qurban vermişəm, qurban verirəm və verməyə davam edəcəyəm".
Mövsüm,
AzNews.az