10 ölkənin gənci Bakıda təlimlərə qatıldı

20 Sentyabr 2013 12:09 (UTC+04:00)
Azərbaycan Gənclər Fondu və Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramının dəstəyi ilə "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) "Münaqişələrin Həlli və Sülh quruculuğu üçün Gənclər Fəaliyyətdə" layihəsi çərçivəsində keçirilən seminar işini uğurla davam etdirir. Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Moldoviya, Ukrayna, Rumıniya, Polşa, Estonoya, İtaliya və Fransadan olmaqla 40 nəfər iştirakçı sülh quruculuğu və beynəlxalq mədəni əlaqələrin qurulması çərçivəsində təlimlərdə iştirak edirlər.

Layihənin keçirilməsində əsas məqsəd yerli gənclərin Avropanın gənc liderləri ilə bir yerdə mədəni fərqlilik şəraitində sülh içində yaşamağı öyrənmək, qarşılıqlı inamın və beynəxalq mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasıdır.

Bundan başqa layihə çərçivəsində iştirakçılarına Avropa Birliyi və onun Gənclər Fəaliyyətdə proqamı, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının və Avropa Qonşuluq Siyasətinin mahiyyəti və gələcək istiqamətləri haqqında ətraflı məlumat veriləcək, sülh quruculuğu, dözümlülük və münaqişələrin həlli ilə bağlı təlimlər keçiriləcəkdir.

Layihənin eksperti Böyük Britaniyanın Kembric Uniberstetinin konfliktlərin həlli üzrə tədqiqatçısı Sara Həbibi keçirilən təlimin hazırda dünyada çox aktual problemə həsr edildiyini və qeyri-formal təlim metodları ilə keçirilən dərslərə iştirakçıların böyük həvəs göstərdiyini bildirib.

DANİB İctimaiyyetle elaqeler bolmesi