Astronavtları daşıyan “Orion” kosmik gəmisi Ay ilə yaxınlaşmadan sonra Yerə doğru geri uçmağa başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
“Artemis II” komandası Ay üzərində müşahidələri tamamlayıb və indi evə qayıdış mərhələsinə başlayır”, - deyə məlumatda bildirilir.
Daha əvvəl NASA xəbər vermişdi ki, “Artemis II” kosmik gəmisinin heyəti Yer kürəsindən 406 608 kilometr uzaqlaşaraq insanın Yerə olan məsafəsinə dair rekord müəyyən edib.
Aprelin 2-də "Artemis II" missiyası çərçivəsində ABŞ-nin Florida ştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzin 39A start meydançasından “Orion” kosmik gəmisini daşıyan birdəfəlik “Space Launch System” (SLS) raketi buraxılıb. Gəminin göyərtəsində NASA astronavtları Rid Uayzman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen yer alır.