ABŞ və İran arasında atəşkəs razılaşmasından sonra ABŞ prezidenti Donald Tramp İrandakı bütün hərbi məqsədlərinə çatdıqlarını və "tam qələbə" qazandıqlarını iddia edib.
Tramp bu açıqlamanı ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edildikdən sonra Sky News müxbirinə telefonla verib.
Tramp Tehran administrasiyası tərəfindən təqdim edilən 10 maddəlik planın danışıqlara imkan verdiyini bildirərək, məsələlərin çox yaxşı yerdə olduğunu və mübahisəli məqamların çoxunun tam şəkildə həll edildiyini əlavə edib.
Tramp İranın tələblərini "həddindən artıq" hesab edə bilməyəcəyini bildirib, lakin atəşkəs və danışıqlar davam etməsə, hərbi əməliyyatları bərpa edəcəklərini əlavə edib.
AzNews.az