İsrail ordusu Livanın cənubuna zərbə endirdi: 7 ölü

9 Aprel 2026 10:36 (UTC+04:00)

İsrail ordusu Livanın cənubunda Tir rayonunun Abbasiyə ərazisinə zərbə endirib.

Aznews.az xəbər verir ki, bu barədə Livanın dövlət xəbər agentliyi məlumat yayıb.

Hava zərbəsi nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda azı 254 nəfər ölüb, daha 1 165 nəfər yaralanıb.