Su kanalından 2 avtomat tapıldı

9 Aprel 2026 10:41 (UTC+04:00)

Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.

Aznews.az xəbər verir ki, polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 ədəd avtomat aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.