Aİ Yaxın Şərqə uçuşlara qoyulan məhdudiyyətləri 24 aprelə qədər uzadıb

9 Aprel 2026 16:42 (UTC+04:00)

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərqdəki münaqişə zonası üzərindən uçuş etməmək tövsiyəsini 24 aprel 2026-cı il tarixinə qədər uzadıb.

Məlumata görə, “Münaqişə Zonası İnformasiya Bülleteni”nin (CZIB) qüvvədə olma müddəti də eyni tarixə qədər artırılıb və sənədin məzmununda heç bir dəyişiklik edilməyib.

Tövsiyə aşağıdakı ölkələrin hava məkanını əhatə edir: Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı.

Qeyd edək ki, əvvəlki tövsiyənin müddəti 10 aprel tarixinədək qüvvədə idi.

Mövsüm,

AzNews.az