Avropa Müdafiə Agentliyi: "Avropa ABŞ-dan hərbi asılılığa son qoymalıdır"

9 Aprel 2026 16:45 (UTC+04:00)

Avropa Müdafiə Agentliyinin direktoru Andre Denk bəyan edib ki, Avropa İttifaqı ABŞ-dən olan hərbi asılılığını aradan qaldırmalıdır.

İspaniyanın EFE xəbər agentliyinin məlumatına görə, direktor hazırkı vəziyyəti belə qiymətləndirib:

"Birləşmiş Ştatlardan hərbi asılılıq hələ də qalmaqdadır və bu, kifayət qədər ciddi xarakter daşıyır. Biz bu asılılığı mütləq dəf etməliyik."

Denk əlavə edib ki, bu hədəfə nail olmağın yeganə yolu Avropa bazarlarında silahların birgə satınalınması prosesini həyata keçirməkdir.

Onun sözlərinə görə, Avropa təhlükəsizlik məsələlərində daha böyük məsuliyyət üzərinə götürməlidir. Direktor vurğulayıb ki, qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı addımlar həlledici rol oynayır:

Mövsüm,

AzNews.az