Rusiya və ABŞ Ukrayna məsələsi ilə bağlı qeyri-rəsmi və məxfi kanallar vasitəsilə əlaqə saxlamağa davam edir.
Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bu barədə bildirib.
"Vasitəçilərin vaxtı yoxdur"
Nazir hazırkı vəziyyəti Kreml mətbuat katibi Dmitri Peskovun daha əvvəl səsləndirdiyi fikirlərə istinadən belə izah edib:
"Ukrayna məsələsi üzrə təmaslarımız qeyri-rəsmi və konfidensial şəkildə davam edir. Lakin uzun müddətdir ki, dialoqun bərpası üçün real perspektiv görmürük. Vasitəçi rolunu öz üzərinə götürən amerikalı həmkarlarımız hazırda digər məsələlərlə məşğuldurlar. Eyni vasitəçilik komandası xarici siyasətin bütün istiqamətlərinə cavabdeh olduğu üçün hazırda bu istiqamətdə fasilə yaranıb."
Lavrov əlavə edib ki, Xarici İşlər Nazirliyi xüsusi hərbi əməliyyatın diplomatik dəstəklənməsi istiqamətində prezidentin tapşırıqlarını icra etməkdə davam edir.
Kreml ümidlidir
Bundan əvvəl Dmitri Peskov da Rusiya və Ukraynanın öz kanalları vasitəsilə ABŞ ilə məlumat mübadiləsi apardığını təsdiqləmişdi. Kreml ümid edir ki, yaxın gələcəkdə amerikalı danışıqçıların Ukrayna nizamlanmasına diqqət yetirmək üçün daha çox vaxtı və imkanı olacaq.
Mövsüm
AzNews.az