Almaniya Vaşinqton və Tehran arasında iki həftəlik atəşkəsi dəstəkləmək üçün İranla birbaşa danışıqları bərpa edir.
Aznews.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz açıqlayıb.
Merz Almaniya nümayəndə heyətinin İran tərəfi ilə danışıqlar aparmaq üçün Pakistana getdiyini, eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Almaniya kansleri vəziyyəti ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini də təsdiqləyərək Vaşinqtonu danışıqlara ciddi yanaşmağa çağırdığını deyib.
O, Livandakı vəziyyətdən narahatlığını vurğulayaraq İsrailin addımlarının bütün sülh prosesini poza biləcəyini qeyd edib.