İran mətbuatında yer alan xəbərlərdə, İsrailin bu ayın əvvəlindəki hava hücumlarında hədəf aldığı keçmiş xarici işlər naziri Kamal Xarazinin vəfat etdiyi bildirilib.
1 aprel tarixində evinə təşkil edilən hücumda Xarazinin həyat yoldaşı həlak olmuş, özü isə ağır yaralanmışdı.
Qeyd olunub ki, Xarazi öldürülməzdən əvvəl İranın xarici siyasətini formalaşdıran mühüm qurumlardan biri olan Xarici Siyasət Şurasının sədri vəzifəsini icra edirdi.
Mediada həmçinin Xarazinin hücumdan əvvəl Tehran və Pakistan arasında, ABŞ ilə mümkün danışıqlara dair təmasları koordinasiya etdiyi vurğulanıb.
Mövsüm,
AzNews.az