NATO sözçüsü: "Tramp və Rutte görüşü gərgin keçib"

10 Aprel 2026 11:53 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdəki görüşündə, müttəfiqlərin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə "fəaliyyətsiz qalması" səbəbindən kəskin narazılıq nümayiş etdirdiyi iddia olunur.

"Politico" nəşrinin üç avropalı rəsmiyə və məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə, Tramp və Rutte arasında 8 aprel tarixində baş tutan görüşün təfərrüatları açıqlanıb.

Xəbərdə vurğulanır ki, olduqca gərgin keçən müzakirələr zamanı Tramp, NATO müttəfiqlərinin müharibə prosesində dəstək verməməsinə görə Rutteyə qarşı sərt ifadələr işlədib. İddialara görə, ABŞ lideri bu fəaliyyətsizliyə qarşı "adekvat cavab tədbirləri" (Qisasa qisas) planlaşdırdığına eyham vurub və görüş ümumilikdə təhdid ritorikası ilə müşayiət olunub.

NATO-nun sözçüsü Allison Hart isə "Politico"ya açıqlamasında görüşün mənfi keçməsi ilə bağlı iddiaları təkzib edərək, tərəflərin "dürüst" və "konstruktiv" müzakirə apardıqlarını bildirib.

Mark Rutte görüşdən sonra CNN-ə verdiyi müsahibədə Trampın "NATO müttəfiqlərinin İran müharibəsinə dəstək məsələsində məyusluq yaşamasını" başa düşdüyünü qeyd edib. Bununla belə, o, vəziyyətin birmənalı olmadığını və bir çox müttəfiqin öz öhdəliklərini icra etdiyini diqqətə çatdırıb.

Mövsüm,

Aznews.az