Zelenski Ukraynada ABŞ hərbi bazalarının yerləşdirilməsi istəyir

10 Aprel 2026 12:50 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib ki, rəsmi Kiyev ölkənin təhlükəsizlik təminatlarının tərkib hissəsi kimi öz ərazisində ABŞ və Avropa hərbi bazalarına ev sahibliyi etmək niyyətindədir.

"Obşestvennoye" xəbər portalının məlumatına görə, dövlət başçısı bu addımın strateji əhəmiyyətini vurğulayaraq deyib: "Ukraynada Amerika və ya birgə Amerika-Avropa hərbi bazasının olması ilə biz daha az risklə üzləşəcəyik".

Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri paketinə həmçinin aşağıdakı bəndlər daxil edilməlidir:

"Biz öz baxışımızı tərəfdaşlarımıza təqdim edəcəyimiz, onların da bu təklifə cavab verəcəyi barədə razılığa gəldik", — deyə Zelenski qeyd edib.

Mövsüm,

AzNews.az