Səudiyyə Ərəbistanının bir neçə yanacaq-energetika kompleksi obyektinə hücumlar nəticəsində zərər dəymiş, yanacaq sızması və istehsal güclərinin itirilməsi baş vermişdir.
Bu barədə krallığın dövlət agentliyi olan "Saudi Press Agency" (SPA) Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
Qeyd olunur ki, zərbələrdən biri Hörmüz boğazından istifadə etmədən neft ixracına imkan verən strateji əhəmiyyətli "East – West" boru kəmərinin nasos stansiyalarına endirilib.
"Bu dövrdə dünya bazarlarının əsas təchizat marşrutu olan boru kəməri ilə nəql edilən həcmdə sutkalıq təxminən 700 min barel itki baş verib", — deyə nəşrdə bildirilir.
Mövsüm
AzNews.az