Almaniya hava yolu şirkəti "Lufthansa"nın kabin heyəti iş şəraiti və əməkhaqqı ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən 10 aprel cümə günü (bu gün) birgünlük tətilə başlayıb.
Müstəqil Kabin Heyəti Təşkilatı (UFO) həmkarlar ittifaqından verilən məlumata görə, ana brend "Lufthansa" və onun regional törəmə şirkəti "Cityline"da çalışan kabin işçiləri, davam edən kollektiv müqavilə danışıqlarında razılıq əldə olunmadığı üçün işi dayandırıblar.
Tətil bu gün yerel vaxtla saat 00:01-də başlayıb və saat 22:00-da başa çatacaq.
Mövsüm,
AzNews.az