O qeyd edib ki, Dmitriyev Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmır, lakin ABŞ-la iqtisadi əməkdaşlıq qrupu çərçivəsində işləyir.
Qeyd edək ki, “Reuters“ agentliyi Dmitriyevin ABŞ-da səfərdə olduğunu və orada Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirdiyi barədə məlumat yayıb.
Məlumata görə, müzakirələr Ukrayna və Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq mövzularına yönəlib.