Kənd Təsərrüfatı Nazirliyi aqronom və baytar fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş "TapAgro" platformasının funksionallığını genişləndirib.
Aznews.az xəbər verir ki, artıq göstərilən xidmətləri daha geniş fermer auditoriyasına çatdırmaq mümkündür.
Bunun üçün www.tapagro.az portalına daxil olaraq qoşul bölməsinə keçid etmək, göstərilən xidmətlərə dair ilkin məlumatları sistemə daxil etmək kifayətdir.
Bundan əlavə info@tapagro.az elektron poçt ünvanına yazmaqla və ya +994 70 555 75 58 mobil nömrəsinə zəng edərək müraciət etmək mümkündür.
Aqronom və baytar olaraq Tapagroya qoşulmaq üçün: https://tapagro.az/bize-qosul
Aqronomlar üçün: https://tapagro.az/aqronomlar
Baytarlar üçün: https://tapagro.az/baytarlar