ADY martda Şimal-Cənub dəhlizində taxıl və dənli bitki tranzitini 3 dəfə artırıb

10 Aprel 2026 18:41 (UTC+04:00)

Bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 151 min 912 tona taxıl və dənli bitkilər daşınıb.

Aznews.az xəbər verir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18 % çoxdur.

Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27 %, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 2,9 dəfə, Şimal-Qərb istiqamətində isə 3 % artım deməkdir.