Qaz ehtiyatları 6 trln. kubmetr artırıla bilər

20 Sentyabr 2013 20:03 (UTC+04:00)
Azərbaycanda qaz ehtiyatları perspektivdə indiki 2,6 trln. kubmetrdən 6 trln. kubmetrədək artırıla bilər.

"APA-Economics"in məlumatına görə, bunu bu gün Neftçilər Günü münasibəti ilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, bu il ölkədə 43 milyon ton neft hasil etmək planlaşdırılır. Azərbaycanın böyük qaz potensialının və yeni yataqları açmaq perspektivlərinin olduğunu deyən X.Yusifzadə qeyd edib ki, mütəxəssislər "Şahdəniz" qaz-kondensat yatağının qaz ehtiyatlarınən 1,5 trln. kubmetr təşkil edə biləcəyini proqnozlaşdırır.

AzNews.az